Mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru

Vakansiyaya dair tələblər

Vəzifə öhdəlikləri:
• Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək;
• Potensial təchizatçıların araşdırılmasını həyata keçirmək və təchizatçı bazasının formalaşdırılması, yenilənməsi və idarə edilməsini təmin etmək;
• Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununa uyğun olaraq satınalma prosedurlarını təşkil və icra etmək;
• Tender, kotirovka sorğusu, təkliflərin qiymətləndirilməsi və müqavilələrin hazırlanması prosesində iştirak etmək;
• Satınalmalar üzrə ehtimal olunan qiymətin müəyyənləşdirilməsi üçün bazar qiymət araşdırmaları aparmaq;
• Satınalma sənədlərinin hazırlanmasını, toplanmasını və düzgün sənəd dövriyyəsinin təşkilini təmin etmək;
• Təchizatçılarla danışıqlar aparmaq, kommersiya təkliflərini təhlil etmək və müqayisəli təhlillər hazırlamaq;
• Müqavilələrin icrasına nəzarət etmək, sifarişlərin vaxtında çatdırılmasını izləmək;
• Satınalma prosesləri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
• Elektron satınalma platformalarında əməliyyatları həyata keçirmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini;
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır);
• Microsoft Office və 1C 8.3 proqramlarını bilməli;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil;
• Təchizat sahəsi və Dövlət satınalmaları üzrə 1 il iş təcrübəsinin olması tələb olunur. (Elektron satınalma portalı ilə işləmək təcrübəsi üstünlükdür);

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar