Mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:

•Zəruri olan arayış və məlumatları hazırlayıb təqdim etmək;
•Pərakəndə satış üzrə hesabatların hazırlanmasında iştirak etmək;
•Satışların gündəlik monitorinqi, Cəmiyyətin mağazası və satış sisteminə nəzarət olunmasında iştirak etmək;
•Rəqəmsal, reklam, kommunikasiya və kreativ istiqamət üzrə marketinq layihələrinin strateji istiqamətinin təyin edilməsində iştirak etmək;
•Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satışa çıxardığı pərakəndə məhsullar üzrə alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanmasında iştirak etmək;
•Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin marketinq siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin qurulmasında iştirak etmək;
•Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin satış mağazaları ilə işin əlaqələndirilməsində, mağazaların fəaliyyəti haqqında hesabatların təqdim edilməsində iştirak etmək;
•Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq mövcud məhsul qalıqlarına nəzarət edilməsində iştirak etmək;
•Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək;
•Sektorun layihələr üzrə iş həcmlərinin hazırlanması və müvafiq proseslərdə iştirak etmək;
•Rəhbərlik tərəfindən verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları, bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək;

Qeyd: Namizəd ezamiyyətlərə getməyə açıq olmalıdır.

Tələb olunan bilik, bacarıq və səriştələr:

•Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili, İngilis dili arzuolunandır ;
•Microsoft Office proqramında yaxşı işləmə bacarıqları;
•Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, nizam-intizam, stresə davamlı;
•İşgüzar yazışma qaydalarını bilməlidir;
•Biznes və maliyyə üzrə bilikləri olmalı;
•Bazarda olan tələbatı təhlil etmək və hədəf auditoriyanı müəyyənləşdirmək bacarığına malik olmalı;
•Yeni texnologiyalar, onlayn marketinqə dair qabaqcıl trendlərdən məlumatlı olmalı;
•Marketinq sahəsində müvafiq sertifikatlara malik olması arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

•Marketinq, Biznesin idarəolunması, İqtisadiyyat və oxşar sahələr üzrə Ali təhsil;
•Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
•Satış strategiyasının qurulmasında təcrübə üstünlükdür.

İş qrafiki:

•Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar