• AİH, Mərkəzi Bank və digər qurumlara aylıq, rüblük və illik hesabatlarının hazırlanması; • Şirkətdaxili hesabat və sorğuların vaxtında cavablandırılması; • Xarici və daxili auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması; • Daxili hesabat və mühasibatlıq sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq; • Şöbənin funksiyasından irəli gələn digər işlər.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Microsoft Office proqramları üzrə biliklər; • ACCA (F3 ; F7) və Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklər; • Analitik təhlil bacarığı, Problem həlletmə bacarığı, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Maliyyə və Mühasibatlıq sahəsi üzrə Ali təhsil; • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.