Nəqliyyat və inzibati işlər üzrə menecer köməkçisi / Nəqliyyat və inzibati işlər şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• ÇİRES-nin Nəqliyyat və İnzibati işlərinin fəaliyyətinin təşkilində və onun işinin əlaqələndirilməsində iştirak etmək;
• ÇİRES-nin Nəqliyyat və İnzibati işlər üzrə menecerinin göstərişi əsasında hasilat sahəsinin ayrı-ayrı bölmələrinin işini və onların bir-biri ilə səmərəli qarşılıqlı fəlaliyyətinin təşkil edilməsi üçün işlərin görülməsinin təmin edilməsində iştirak etmək;
• ÇİRES-nin Nəqliyyat və İnzibati işlər üzrə meneceri tərəfindən bölmələrə və tabeliyində olan işçilərə verilən tapşırıqların icrasını nəzarətdə saxlamaq və vaxt aşırı onu məlumatlandırmaq;
• Nəzarətində olan işlərin gedişatı və nəticələri barədə tələb olunduqda və mütəmadi olaraq menecerə hesabat və məlumatları təqdim etmək;
• ÇİRES-nin Nəqliyyat və İnzibati işlər üzrə menecerinin rəsmi yazışmalarını təşkil etmək, daxil olan və göndərilən yazışmalarını nəzarətdə saxlamaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili yaxşı;
• Əməkdaşlıq, operativlik, təşkilatçılıq, məsuliyyət, nizam-intizam, analitik düşüncə, dürüstlük.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil ;
• Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar