Növbə rəisi (metallurgiya sahəsi üzrə) / CİL zavodu
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.04.2023
Yenilənmə tarixi:
10.04.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Aparılan əməliyyatların razılaşdırılmış plana uyğun olmasına nəzarət etmək; • Topa aşındırma sahəsinə və kömürə gündəlik məhlul axınının planlanan şəkildə olmasına nəzarət etmək; • Gündəlik metallurgiya (metallurji balans) hesabatının hazırlanmasına nəzarət etmək; • Qızıl axınının ölçülməsinə nəzarət; • Topa qələviləşdirmə sahəsində Aqlomerator məhsulunun gündəlik olaraq izlənməsinə nəzarət etmək; • Aylıq sütun (yığın) testlərinin təşkili, Topa qələviləşdirmə sahəsindən gündəlik filiz nümunələrinin götürülməsinə nəzarət etmək; • Gündəlik məhlul nümunəsinin götürülməsi, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin yoxlanılmasına nəzarət etmək; • Sianidlə leach performansın və kömürün adsorbsiya aktivliyini (adsorbsiya performansı) müəyyən etmək üçün nümunə nəticələrini gündəlik izləmək; • Bütün nümunələrin gündəlik toplanmasına nəzarət etmək; • Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək; • Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək; • Şüşə diyirləmə testinin lazımi qaydada həyata keçirilməsinə nəzarət etmək; • Topa qələviləşdirmə sahəsində lazım olan sementin yoxlanılması üçün sement istifadə testinin aparılmasına nəzarət etmək; • Topa qələviləşdirmə sahəsində perkolyasiya (süzülmə) səviyyəsini yoxlamaq üçün stabillik testinin aparılmasına nəzarət etmək; • Regenerasiya olunmuş və turşu ilə yuyulmuş kömürün təzə kömür və doymuş/boş kömürə görə aktivliyinin həftəlik olaraq ölçülməsinə nəzarət etmək; • Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək; • Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək; • Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək; • Metal əritmə və qəlibləmə prosesinin təşkilinə nəzarət etmək; • Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Müvafiq qanunvericilik aktları və normalarını; • Hasilat norma və qaydalarını bilməli; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: • Kimya mühəndisliyi və metallurgiya ixtisası üzrə ali təhsil; • Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.