• Emal sektorunun iş planlarının və hesabatlarının hazırlanmasında, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsində iştirak etmək; • Dövlət və özəl təşkilatlar ilə müştərək layihələrin həyata keçirilməsi və koordinasiyası istiqamətində tədbirlər görmək; • Emal proseslərinin texnoloji parametrlərinə nəzarət etmək, onların optimallaşdırılması üçün təhlillər aparmaq və təkliflər vermək; • İşlərin koordinasiyası zamanı gecikmələr olduqda onların səbəbini araşdırmaq və onların aradan qaldırılması üzrə görüləcək tədbirlər üzrə öz təklif və tövsiyələrini vermək; • Emal sahələri üzrə layihələrə dair elektron və yazılı məlumat bazası yaradılmasında və bu məlumatların mütəmadi olaraq yenilənməsində iştirak etmək; • Emal sektoru ilə bağlı imzalanmış müqavilə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək və müqavilə pozuntularının idarə edilməsində iştirak etmək; • Texnoloji sənədlərin hazırlanması, təsdiqlənməsi və yenilənməsində iştirak etmək; • Şöbənin texniki arxivinin düzgün təşkilinə nəzarət etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, Rus dili və İngilis dilini yaxşı səviyyədə bilməli; • MS Office proqramları üzrə işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Kimya mühəndisliyi, Metallurgiya və ya Kimya ixtisasları üzrə) • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi üstünlükdür.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.