Əsas vəzifə və öhdəliklər: Cəmiyyətin fəaliyyətinə aid olan və onun işçiləri tərəfindən rəhbərliyin baxışı, təsdiq etməsi və imzalaması üçün təqdim edilən sənədləri qəbul etmək və müvafiq qaydada hazırlayaraq rəhbərinə təqdim etmək; Gün ərzində 1 (bir) dəfə rəhbərliyin imzalaması üçün təqdim olunan sənədləri cəmləyərək rəhbərinə təqdim etmək; Daxil olan məlumatların, sənədlərin təyinatı üzrə təsnifatının aparılmasını, sistemləşdirilməsini və qeydiyyatını təşkil etmək; Rəhbərin tələb etdiyi məlumatlar barədə Cəmiyyətin ayrı-ayrı şöbə və qurumlarının rəhbərlərinə məlumat vermək və məlumatları aldıqdan sonra rəhbərinə təqdim etmək; Rəhbərliyin cəmiyyət daxilində və digər qurumlarla telefon və digər əlaqələrini koordinasiya etmək; Rəhbərliyin görüş və müşavirələrinin vaxtını tənzimləmək, qrafiklər hazırlamaq, keçiriləcək görüşlərin vaxtı barədə aidiyyətı üzrə rəhbər işçilərə məlumatın verilməsini təmin etmək; Müəyyən edilmiş mövzu üzrə məlumat toplayaraq rəhbərinin çıxışlarının layihəsini hazırlamaq;
Tələb olunan bilik, bacarıq və səriştələr: Gülərüz, yaxşı ünsiyyət bacarıqları, problem həll etmə bacarığı, təşkilatçılıq bacarıqları və vaxtı idarə etmə bacarığı. Dil bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı). Kompüter bilikləri: Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil arzuolunandır. Minimum 1 il iş təcrübəsi;
İş qrafiki: İş saatları: 09:00 – 18:00; Nahar fasiləsi: 13:00-14:00; Şənbə və Bazar istirahət günüdür.