Satış təmsilçisi / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Mağazaya daxil olan müştərilərin qarşılanması və məhsulların təqdimatı;
* Alış / satış proseduru və qiymətlərin formalaşması üsulunun müştərilərə izah edilməsi;
* Onlayn sifarişlərin idarəolunması (izlənilməsi, emalı, yönləndirilməsi, zəruri dəstəyin göstərilməsi və s.);
* Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq satışın müvafiq qaydada uçotunu təşkil etmək;
* Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq məhsulların vitrinlərə müvafiq qaydada yerləşdirilməsini təmin etmək;
* Satışın artırılması və müştəri məmnuniyyətinin təmin edilməsi;

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili əla, İngilis dili arzuolunandır;
* Microsoft Office proqramında işləmə bacarıqları;
* Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, gülərüz, nizam-intizam, təşəbbüskarlıq, stresə davamlı, problemhəlletmə ;
* İşgüzar yazışma qaydalarını bilməlidir;

Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali təhsil arzuolunandır;
* Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 4 saatdan, həftə ərzində isə 20 saatdan çox olmamaq şərtilə 5 gündür.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar