Sektor müdiri / Hüquq şöbəsi / Hüquqi komplayns və korporativ hüquq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Sektorun iş fəaliyyətini təşkil etmək, sektorun işçiləri arasında iş bölgüsünü müəyyən etmək,verilmiş səlahiyyətlər çərçivəsində Cəmiyyəti təmsil etmək və Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
Cəmiyyətin fəaliyyətinin qanunverciliyin tələbləri əsasında həyata keçirilməsinin təmin edilməsi və ya nəzarət edilməsi məqsədilə daxil olmuş sorğular əsasında hüquqi ekspertizaların aparılmasını təmin etmək;
Öz səlahiyyəti çərçivəsində hüquqi risklərin müəyyən edilməsi üzrə şöbə müdirinin tapşırığına əsasən zəruri fəaliyyəti həyata keçirmək;
Cəmiyyətin səlahiyyətlərinə aid olan məsələlərə dair bağlanmış müqavilələrin icrasından irəli gələn əlaqəli sənədlərin zəruri hallarda hüquqi ekspertizasını aparmaq;
Tapşırıq əsasında hüquqi araşdırmalar aparmaq, zəruri olan arayış və məlumatlar hazırlamaq, eləcə də hazırlanmasına nəzarət etmək və nəticələri aidiyyəti üzrə təqdim etmək;
Məhkəmələrdə, dövlət orqanlarında və digər idarə, müəssisə və təşkilatlarda səlahiyyətləri çərçivəsində Cəmiyyətin qanuni mənafeyinin müdafiəsini həyata keçirmək;
Tapşırıq əsasında müvafiq lisenziya, icazələrin, Malın mənşə ölkəsini təsdiq edən sertifikatın alınmasını təşkil və nəzarət etmək;
Səlahiyyətinə aid edilmiş məsələlər üzrə dövlət qurumlarından, daxil olan məktub, sorğu və təklifləri qanunvericiliklə müəyyən edilmiş müddətdə araşdırmaq, eləcə də araşdırılmasına nəzarət etmək və nəticəsi barədə şöbənin rəhbərliyinə məruzə etmək;
Cəmiyyətin İdarə Heyətinin qərarlarını, öz səlahiyyətləri çərçivəsində İdarə Heyətinin Sədrinin əmrlərinin hazırlanmasını təmin etmək;
Törəmə cəmiyyətlərin Ümumi Yığıncağında müzakirə olunan məsələlər üzrə müvafiq qərarların layihələrinin hazırlanmasını təmin etmək;
Dövlət orqanı/qurumlarından daxil olmuş qanun layihələri və digər normativ aktların layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsi, müxtəlif normativ aktların layihələrinin hazırlanmasını təmin etmək;
Cəmiyyətin satınalma prosesi ilə əlaqədar müvafiq hüquqi dəstək verilməsini təmin etmək, müəyyən edilən hallarda müvafiq komissiya iclaslarında iştirak etmək;
Korporativ idarəetmədən irəli gələn münasibətlərin tənzimlənməsi istiqamətində şöbə müdirinə təkliflər vermək;
Sektorun fəaliyyəti üzrə ümumiləşdirmələr aparmaq, statistik və digər hesabatların hazırlanmasına nəzarət etmək və şöbə rəhbərliyinə təqdim etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Azərbaycan Respublikasının qanunvericilik və normativ-hüquqi aktlarını bilməli;
Analitik düşünmə və problemləri həll etmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), rus dili (yaxşı);
Microsoft Office proqramlarında işləmək bacarığı;

Tələb olunan təhsil və iş təcrübəsi:
Hüquq sahəsi üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsi

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar