Əsas vəzifə və öhdəliklər: * İctimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması, tənzimlənməsi, təkmilləşdirilməsi, rəsmi internet səhifəsi, sosial media hesabları və video-hostinqlərdəki kanallar vasitəsilə ictimaiyyətin məlumatlandırılması, nəticələrə dair təhlillərin aparılmasının təmin edilməsi istiqamətində fəaliyyəti təşkil etmək; * Cəmiyyətin ictimaiyyətlə və KİV-lə əlaqələr sahəsində strateji və cari planlarını hazırlanmasında və həyata keçirilməsini təmin edilməsində iştirak etmək; * Cəmiyyətin fəaliyyətinin məqsədi, istiqamətləri və nəticələri, müvafiq sahədəki yeniliklər barədə ictimaiyyətə planlaşdırılmış qaydada mütəmadi olaraq KİV, Cəmiyyətin rəsmi internet səhifəsi, sosial şəbəkələrdəki səhifələr və digər vasitələrlə məlumat verilməsini təşkil etmək; * Aidiyyəti qanunvericilik aktlarının, Cəmiyyətin fəaliyyəti ilə bağlı zəruri yeniliklərin Cəmiyyətin rəsmi internet səhifəsində yerləşdirilməsini, Cəmiyyətin rəsmi internet səhifəsinin, sosial şəbəkələrdəki səhifələrinin idarə edilməsini və təkmilləşdirilməsini təmin etmək, səhifələrdəki məlumatların aktuallığını nəzarətdə saxlamaq; * KİV və digər vasitələrlə Cəmiyyətin fəaliyyət istiqamətlərinə aid aktual mövzularla bağlı Cəmiyyətin rəsmi mövqeyini ictimaiyyətə çatdırılmasının təmin edilməsində iştirak etmək; * Şöbənin fəaliyyət istiqamətləri üzrə informasiya sorğularını müvafiq qaydada cavablandırılmasını, Cəmiyyətin fəaliyyəti ilə əlaqədar informasiya sahəsində təhrif hallarının aradan qaldırılması üçün tədbirlər görülməsini, KİV tərəfindən daxil olan məktub, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil etmək; * Cəmiyyətin mətbuat orqanların çap və elektron nəşrlərinə abunə yazılması işini təşkil etmək; * Cəmiyyətin fəaliyyətinə dair məsələlər üzrə press-relizlər, Cəmiyyət adından rəsmi bəyanatlar, məlumat bülletenləri, İdarə Heyətinin sədrinin və digər rəhbər vəzifəli şəxslərinin KİV-də çıxışlarının, məqalələrinin, müsahibələrinin hazırlanmasını təmin edilməsində iştirak etmək; * Cəmiyyətin İdarə Heyətinin sədrinin və Cəmiyyətin digər rəhbər vəzifəli şəxslərinin rəsmi və işgüzar xarakterli səfər və görüşlərinin, keçirilən tədbirlərin informasiya təminatını təşkil etmək; * Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə, həmçinin ölkə miqyasında əlamətdar olan müxtəlif tarixlərlə bağlı müvafiq struktur bölmələri ilə birgə tədbirlərin təşkilində iştirak etmək; * Cəmiyyət tərəfindən keçirilən tədbirlərdə KİV nümayəndələrinin iştirakını təşkil etmək; * Müvafiq struktur bölmələri ilə birlikdə Cəmiyyətin İdarə Heyətinin sədrinin və Cəmiyyətin digər rəhbər vəzifəli şəxslərinin mətbuat konfranslarını və brifinqlərini təşkil etmək; * Cəmiyyətin fəaliyyətinə dair video və foto çəkilişlərinin həyata keçirilməsini təmin etmək, multimedia materiallarının arxivini təşkil etmək; * Sektorun iş planlarını tərtib etmək və onun icrasına nəzarət etmək; * Sektor üzrə müzakirə edilməli məsələləri müəyyən etmək və bu barədə təklifləri şöbə müdirinə təqdim etmək, tapşırıqların sektor tərəfindən vaxtında və lazımi səviyyədə icrasını təmin etmək; * Ezamiyyətlərə açıq biri olmalı.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili səlis, İngilis dili yaxşı, Rus dili yaxşı; * Microsoft Office proqramları, SAP proqramında işləmə bacarıqları; * Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Nizam-intizam, Təşəbbüskarlıq, Stresə davamlı, Problem həlletmə bacarıqları; * İctimaiyyətlə əlaqələr sahəsində müvafiq sertifikatların olması arzuolunandır; * İşgüzar yazışma qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali (Bakalavr: Jurnalistika sahəsində təhsil arzuolunandır); * Müvafiq sahə üzrə minimum 5 il iş, idarəetmə təcrübəsi 3 il;
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.