Sektor müdiri / Risklərin idarəolunması və daxili nəzarət şöbəsi / Risklərin idarəolunması sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
• Cəmiyyətin Risk Siyasətinin formalaşdırılması, tətbiq olunması və onun təkmilləşdirilməsini təmin etmək;
• Cəmiyyətin biznes proseslərinin təhlil olunması və risklərin idarəolunması sisteminin qurulmasını təmin etmək;
• Risklərin idarəolunması alətlərini tətbiq etməklə risklərin müəyyən edilməsi, qiymətləndirilməsi; prioritetləşdirilməsi və onlara qarşı tədbirlərin görülməsini təmin etmək;
• Risk reyestrinin hazırlanması, mövcud risklərin mütəmadi nəzərdən keçirilməsi və onun daimi yenilənməsini təmin etmək;
• Risklərin idarəolunmasında biznes proseslərin dəyişkənliyi baxımından təhlillərin aparılması və müvafiq tədbirlərin görülməsini təmin etmək;
• Risklərin müəyyən olunması və analizi proseslərində struktur bölmələrlə qarşılıqlı kommunikasiyanın təmin olunması;
• Risklərin idarəolunması sahəsində beynəlxalq standartları tətbiq etmək;
• Cəmiyyətdə risk əsaslı yanaşma mühitinin formalaşdırılmasını və təşviq olunmasını təmin etmək;
• Risklərin idarəolunması sisteminin təkmilləşdirilməsi və onun işləkliyini təmin etmək;
• Risklərin idarəolunması sektorunun məqsədlərinə nail olunması istiqamətində zəruri tədbirlər görmək;
• Risklərin idarəolunması sektorunun fəaliyyətini təşkil etmək və fəaliyyətə dair hesabatlılığı təmin etmək;
• Rəhbərliyin Risklərin idarəolunması və qanunvericlik aktlarına uyğun verdiyi göstəriş və tapşırıqları tam və vaxtında icra olunmasını təmin etmək;
• Risklərin idarəolunması sistemi çərçivəsində komanda işinin təşviq olunmasını təmin etmək;
• Risklərin idarəolunması sisteminin tətbiqi zamanı nəticəyönümlü qərarların alınmasını təmin etmək;
• Risklərin müəyyən olunması zamanı ortaya çıxan problemlərin həlli istiqamətində zəruri tədbirlər görmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dilini səlis, İngilis və Rus dillərini yaxşı səviyyədə bilməli;
• Microsoft Office proqramları (xüsusilə Excel), 1C, ERP sistemləri, audit və statistik proqramlarla işləmək bacarığı;
• Yüksək riyazi analiz qabiliyyəti, güclü analitik düşünmə və risk əsaslı yanaşma bacarığı;
• Maliyyə hesabatlarının təhlili və şərhi üzrə biliklər;
• CRMA, CIA, ACCA və digər peşəkar beynəlxalq sertifikatların olması üstünlük hesab olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik ixtisasları üzrə ali təhsil;
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
• Ümumi iş təcrübəsi minimum 5 il;
• İdarəetmə və ya komanda rəhbərliyi üzrə minimum 2 il təcrübə.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.

Qeyd: Namizədlər nəzərə almalıdır ki, vəzifənin xarakteri ilə əlaqədar mütəmadi xidməti ezamiyyətlər nəzərdə tutulur.
Digər vakansiyalar