Şöbə müdiri / Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi Şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
29.12.2024
Yenilənmə tarixi:
10.02.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Şirkətin biznes proseslərinin idarə olunması, strategiyasının hazırlanması və həyata keçirilməsini təmin etmək; * Mədənçilik əməliyyatlarında proseslərin və prosedurların optimallaşdırılması və təkmilləşdirilməsi üzrə layihələrə rəhbərlik etmək; * Keyfiyyət standartlarına uyğunluğun təmin edilməsi üçün auditlər və təftişlərin keçirilməsini təşkil etmək; * Keyfiyyət göstəricilərinin təhlili və hesabatların hazırlanmasını təmin etmək; * Problemlərin təhlili və əsas səbəblərinin müəyyən edilməsi üçün metodologiyalar tətbiq etmək; * Keyfiyyətə Nəzarət Planının hazırlanması və prosedurların icrasına nəzarət etmək; * Sınaq laboratoriyasında avadanlıqların düzgün istifadə edilməsinə nəzarət edilməsini təmin etmək; * Sınaq laboratoriyasında avadanlıqların dövlət yoxlamalarından vaxtında keçirilməsinin və avadanlıqların kalibrasiya olunmasının təmin edilməsinə nəzarət etmək; * Sınaq laboratoriyasının akkreditasiyasının təşkil edilməsini həyata keçirmək; * Hazır məhsullara uyğunluq sertifikatlarının alınması və yenilənməsi işinin təşkil edilməsini təmin etmək; * Keyfiyyət idarəetmə sisteminə aid olan prosedur, qayda, təlimat, qeyd formaları və digər sənəd layihələrinin hazırlanmasını, onların vaxtında və düzgün şəkildə tətbiq olunmasını təmin etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Microsoft Office proqramlarında işləmək bacarığı; * Dil bilikləri: Azərbaycan, İngilis və Rus dilləri yaxşı səviyyədə tələb olunur. * Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları; * Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək. * Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: * Keyfiyyətə nəzarət, proseslərin optimallaşdırılması, komplayns, daxili nəzarət sahəsində və ya əlaqədar sahədə ən azı 5 il iş təcrübəsi, İdarəetmə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur. * Ali təhsil. Dağ-mədən mühəndisliyi, geologiya, biznesin idarəedilməsi və ya əlaqəli sahədə ali təhsili olan namizədlərə üstünlük verilir. * Keyfiyyət idarəetmə sistemləri (ISO 9001, ISO 14001, ISO 45001, ISO 17025) və keyfiyyətə nəzarət standartları üzrə təcrübə tələb olunur.
İş qrafiki: * Əməkdaşın iş qrafiki həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.