Şöbə müdiri / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
* Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasını təmin etmək;
* Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət etmək;
* Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin Strateji planının hazırlanmasını təşkil və təmin etmək;
* Şöbənin səlahiyyətləri çərçivəsində beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişafını təmin etmək;
* Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
* Şöbənin səlahiyyətlərinə aid satışı ilə bağlı Cəmiyyətin illik satış planını hazırlanmasının təmin edilməsi
* Şöbənin səlahiyyətləri daxilində müvafiq xəlitələrin affinajı, o cümlədən qiymətlilərin dünya bazarında satışının təşkil edilməsi
* Şöbənin səlahiyyətləri çərçivəsində yataqların işlənməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi və təhlillərin aparılması istiqamətində müvafiq layihələr və proqramların hazırlanması və icrasını təmin etmək
* Yataqların istismarı istiqamətində alternativ biznes modelləri dəyərləndirilmək və bu istiqamətdə müvafiq təkliflərin verilməsini təmin etmək;
* Cəmiyyətin strateji məqsədlərinə xidmət edən optimizasiya yönümlü təkliflərin hazırlanmasını təmin etmək;
* Şöbənin səlahiyyətləri çərçivəsində Cəmiyyətin mənfəətinin artırılması istiqamətində yeni biznes layihələrinin hazırlanması və icrasını təmin etmək;
* Maliyyələşmənin cəlb edilməsi istiqamətində strateji əməkdaşlıq imkanlarının müəyyən edilməsi və cəlb edilməsi istiqamətində işləri təşkil etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
* Microsoft Office proqramlarında işləmək bacarığı; (Primavera, Microsoft Project, SAP kimi proqramlar üzrə işləmək bacarığı üstünlükdür)
* Dil bilikləri: Azərbaycan və İngilis dili səlis, Rus dili arzuolunandır.
* Mədən və filiz emalı texnologiyaları haqqında məlumatlı olmaq;
* Layihələrin qiymətləndirilməsi, Maliyyə Modellərinin qurulması və Layihə Risk Analizi sahəsi üzrə bacarıqlar;
* Layihə idarəetmə prosesləri və alətləri, PMBOK® təlimatları və PMI-nin qlobal standartlarını bilməlidir;
* Kommunikasiya bacarıqları, problem həll etmə və qərar qəbul etmə bacarığı, liderlik, analitik düşünmə bacarıqları;

Tələb olunan təhsil və iş təcrübəsi:
* Müvafiq sahə üzrə 7 ildən çox iş təcrübəsi, İdarəetmə üzrə minimum 5 il iş təcrübəsi tələb olunur.
* İqtisadiyyat, maliyyə, mühəndislik sahələri üzrə ali təhsil.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar