Əsas vəzifə və öhdəliklər: * Azərbaycan Respublikasının dağ-mədən sahəsi üzrə qanunvericiliyindən məlumatlı olmalı; * Ətraf mühitin mühafizəsi qaydaları ilə tanışlıq və kəşfiyyat işləri zamanı riayət olunmasını təmin etmək; * Yer təki haqqında qanunu bilmək; * Büdcələri idarə etmək. (Dövlət/daxili); * Dövlət proqramların icrasına nəzarət; * Hesabatların hazırlanması;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Məsuliyyət, Əməkdaşlıq, İnnovativlik-öz üzərində çalışma, Dürüstlük, Çeviklik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Analiz və problem həll etmə, Planlama səriştəlikləri; * Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (arzuolunan), rus dili (arzuolunan); * PMO sertifikatı, JORC və digər beynalxalq standartlara uyğun işləmə bacarığı; riyazi analiz qabiliyyəti və analitik düşünmə; * Microsoft Office proqramlarında işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: * Iqtisadiyyat və geologiya sahəsi üzrə ali təhsil; * Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.