Təçhizat planı üzrə aparıcı mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.04.2025
Yenilənmə tarixi:
18.04.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Şöbənin iş planı, fəaliyyəti ilə bağlı hesabatların hazırlanmasında iştirak etmək; • Cəmiyyətin İllik Satınalma planının hazırlanması; • Satınalma fəaliyyəti ilə bağlı dövri hesabatların hazırlanması; • İllik Satınalma planı əsasında müvafiq təhlillərin hazırlanması; • Planlama işinin səmərəli təşkili ilə əlaqədar digər məsələlərin həllində iştirak edir; • Fəaliyyət istiqamətləri üzrə Cəmiyyətin rəhbərliyinin keçirdiyi iclas, görüş və digər bu kimi tədbirlərdə alınmış qərarla üzrə birbaşa rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək; • Rəqabət mühitinin formalaşdırılması məqsədilə bazarın mövcud vəziyyəti və bazar imkanları barədə araşdırmaların aparılması prosesində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili arzuolunandır; • MS Office proqramlarında yaxşı səviyyədə istifadəçi bacarığı tələb olunur • Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları, analitik düşünmə.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil; • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.