Xadimə / Nəqliyyat və inzibati işlər şöbəsi / İnzibati işlər sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Yarım ştat
Vakansiya sayı:
3
Son müraciət tarixi:
10.07.2024
Yenilənmə tarixi:
25.07.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin Aparatının təmizliyini təmin etmək; • Təmizliyi təmin etmək üçün ona verilmiş təmizlik ləvazimatlarından, kimyəvi məhlullar və materiallardan qənaətli istifadə etmək; • Döşəmə, tavan, ofis mebellərini, cihazları (orqtexnikanın) təmizliyini həyata keçirmək; • Mətbəxdəki qab-qacağın təmiz və səliqəli olmasını təmin etmək; • Tullantıların vaxtında təyin edilmiş yerlərə atılmasını təmin etmək; • Rəhbərlik tərəfindən tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək; • Müxtəlif növ çay və çayla verilən əlavələrin hazırlanmasını və xidmətini təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Əməkdaşlıq, Məsuliyyətlilik, Çeviklik səriştəlikləri; • Dil bilikləri: Azərbaycan dili səlis
Tələb olunan təhsil və iş təcrübəsi: Təhsil tələb olunmur Müvafiq sahədə minimum 1 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 4 saatdan, həftə ərzində isə 20 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 12:30-a qədərdir. Nahar vaxtı saat 10:00-dan 10:30-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.