Xadimə / Nəqliyyat və inzibati işlər şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Söyüdlü (Zod) qızıl yatağında ofis və yataqxananın təmizliyini təmin etmək;
• Təmizliyi təmin etmək üçün ona verilmiş təmizlik ləvazimatlarından, kimyəvi məhlullar və materiallardan qənaətli istifadə etmək;
• Döşəmə, tavan, ofis mebellərini, cihazları (orqtexnikanın) təmizliyini həyata keçirmək;
• Tullantıların vaxtında təyin edilmiş yerlərə atılmasını təmin etmək;
• Tapşırılan təmizlik işi ilə əlaqədar digər işləri yerinə yetirmək;
• Müxtəlif növ çay və çayla verilən əlavələrin hazırlanmasını və xidmətini təşkil etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Dil bilikləri: Azərbaycan dili (yaxşı)
• Çevik, səbirli,məsuliyyəli diqqətli, nizam-intizamlı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Təhsil tələb olunmur ;
• İş təcrübəsi arzuolunandır.


İş qrafiki:

• Növbəli rejim

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar