Xəzinədar / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Marketinq və pərakəndə satış sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Müştərilərin aldıqları məhsulların ödənişini nağd və nağdsız olmaqla qəbul etmək, kassa aparatı və satış sistemində satışı rəsmiləşdirmək;
Geri alış üçün maliyyə şöbəsindən təhvil verilən nağd pul vəsaitlərini qəbul etmək, geri alışlar həyata keçirildikdən sonra xərclənən vəsaitlərin avans hesabatlarını hazırlayıb aidiyyəti üzrə təqdim etmək;
Geri alış həyata keçirildiyi zaman məhsulun alışını alış aktı və kassa məxaric orderi ilə rəsmiləşdirmək;
Günün sonu kassa aparatı və satış sistemində hesabatları dərc etmək, mağaza müdirinin iştirakı ilə günün satışlarını yoxlayıb təsdiq etmək;
Gün ərzində satışlardan əldə edilmiş nağd vəsaitləri ADM terminalı vasitəsi ilə Cəmiyyətin bank hesabına mədaxil etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti və s.
Riyazi hesablama və analitik düşünmə qabiliyyəti;
Əla ünsiyyət bacarıqları;
Kassa aparatları ilə işləmə bacarığı;
Dil və komputer bilikləri: Azərbaycan və Rus dilləri (səlis), İngilis dili arzuolunandır. Microsoft Office proqramları üzrə biliklər.

Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil.
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
Digər vakansiyalar