Baş geoloq / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Mədən işlərini və iş bölgüsünü təşkil etmək;
• Bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında nəzərdə tutulmuş tədbirlərin icrasını təşkil etmək;
• Təsdiq edilmiş istehsalat proqnozuna uyğun işlərin aparılmasını təşkil etmək;
• Mədən ehtiyatlarının qalığının hər il üçün yenidən hesablanmasına nəzarət etmək və hesabatın bölmə rəhbərinə təqdim edilməsi;
• İllik istehsalat planının hazırlanması, işlərin plana uyğun aparılması və gündəlik, aylıq, rüblük, illik hesabatların hazırlanması;
• Təhlükəsizlik, ətraf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə Söyüdlü qızıl yatagında geologiya, mədən və tapoqrafiya işlərini təşkil etmək;
• Bütün geoloji və keyfiyyətə nəzarət məlumatları ilə tanış olmaq və digər struktur bölmələr ilə effektiv şəkildə əməkdaşlıq etmək;
• Nümunənin nömrələnməsi və çatdırılması daxil olmaqla, mövcud prosedur standartlarına uyğun şəkildə nümunə hazırlama fəaliyyətinin gerçəkləşməsini təşkil etmək;
• Qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək;
• Buruqqazma, partlayış və daşıma işləri üzrə podratçılarlarla işləri təşkil etmək;
• Faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasını təmin etmək;
• Mədən üzrə maksimum və arzu edilən keyfiyyətə nail olunmasını təmin etmək üçün çıxarılan filiz ehtiyatının keyfiyyətinə nəzarət etmək və məlumatlarının uyğunluğunu yoxlamaq;
• Filiz anbarından qırıcıya cəlb olunacaq filizin dərəcəsinə uyğun həcmlərini müəyyən etmək;
• Filiz bloku poliqonunun tamamilə işlənmiş olmasına nəzarət etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik.
• Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və CİS proqram təminatları ilə işləmə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahə üzrə ali təhsil (Geologiya - mühəndis geoloq ixtisası üzrə bakalavr və magistr səviyyəsi);
• Müvafiq sahə üzrə 4 il iş təcrübəsi


İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.


Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar