Baş mütəxəssis / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi / Mətbuatla iş sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
05.08.2024
Yenilənmə tarixi:
13.08.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Cəmiyyətin fəaliyyətinin KİV-də işıqlandırılması, şəffaflığın təmin olunması məqsədilə Cəmiyyət tərəfindən görülmüş işlər barədə müvafiq məlumatların ictimaiyyətə çatdırılmasında iştirak etmək; * Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaların hazırlanmasında iştirak etmək; * Press-reliz, məktub, xidmət məruzə, bəyanat, açıqlamaları rus dilinə tərcümə etmək; * Tədbir, sosial aksiyaların təşkilində iştirak etmək; * Mətbuat icmallarının hazırlanmasında iştirak etmək; * Cəmiyyətin tanıtım materiallarının hazırlanması (prezentasiyalar, korporativ kitablar, broşurlar və s.) və ictimaiyyətə təqdim edilməsini təşkil etmək; * Cəmiyyətin maraq dairəsində ola bilən tədbirləri araşdırmasında və bu tədbirlərdə (ictimai tədbirlər, prezentasiyalar, sərgilər, konfranslar və s.) * Cəmiyyətin nümayəndələrinin yüksək səviyyədə iştirakını təmin edilməsində və tənzimləməsində iştirak etmək; * Cəmiyyətin sosial informasiya siyasətinin formalaşdırılması üçün təkliflər vermək; * Şöbənin dövrlər üzrə iş planının tərtib edilməsində və müvafiq hesabatların hazırlanmasında iştirak etmək; * Şöbənin sifarişçisi olduğu müqavilələri nəzarətdə saxlayaraq uçotun aparılması; * Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: * Dil bilikləri: Azərbaycan dili və Rus dili səlis bilməli, İngilis dili isə arzuolunandır; * Microsoft Office proqramlarında işləmək bacarığı; * PR və SMM sahəsində biliklərin olması arzuolunandır; * Korporativ ünsiyyət, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: * Ali (jurnalistika sahəsində təhsil arzuolunandır); * Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; * Namizəd ezamiyyətlərə açıq biri olmalıdır.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı müsahibə əsnasında təyin olunur. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.