Keyfiyyətə nəzarət üzrə mühəndis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin Keyfiyyətə nəzarət və laboratoriya bölməsi
Vakansiyaya dair tələblər: Əsas vəzifə öhdəlikləri: • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək; • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalların keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək; • Müxtəlif səviyyələrdə istehsal mərhələsinə nəzarət etmək; • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriaya ölçmlələrinə dair tələblərin formalaşmasında iştirak etmək və onlara riayət edilməsinə nəzarət etmək; • Keyfiyyətə nəzarət nöqtələrinə nəzarət etmək; • Mədən əməliyyatlarında tendensiyaları, nümunələri və təkmilləşdirmə sahələrini müəyyən etmək üçün filizin dərəcəsi, bərpa dərəcələri və mineral tərkibi daxil olmaqla keyfiyyət göstəricilərinə nəzarət etmək və təhlil etmək; • İstehsal mərhələsində istifadə olunan xammal və yarımməshulların saxlanma şəraitinə nəzarət etmək; • İstehsalda istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək və istehsalda istifadə olunan avadanlıqların Faydalı İş əmsalının artırılması üçün təkliflər vermək; • İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək; • Materialların təhlükəsizliyə dair məlumat vərəqi (MSDS) üzrə tələblərə nəzarət etmək; • İstehsal prosesinin müxtəlif mərhələrində risklərin idarə olunmasında iştirak etmək və təkliflər vermək; • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək; • İstehsalat proseslərinin keyfiyyət baxımından effektivliyini artırmaq üçün metodlar inkişaf etdirmək; • Keyfiyyətə nəzarət üzrə prosedurlar və yoxlama nəticələri barədə hesabatlar hazırlamaq; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; • Əməyin təhlükəsizliyi normalarına əməl etmək; • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; • Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan biliklər və bacarıqlar: • Azərbaycan dili səlis; İngilis dili və Rus dili – orta səviyyədə. • Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını; • İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları; • Idarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi; • İSO 9001, İSO 17025 standartları üzrə sertifikatı; • Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini; • İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması; • Office proqramlarından orta səviyyəli istifadəçi bacarığı tələb olunur; • Məsuliyyət, əməkdaşlıq, dürüstlük, innovativlik-öz üzərində işləmə, çeviklik, nəticəyönümluk, planlama, təşəbbüskarlıq, çeviklik və dəyişikliklərin idarə olunması, strateji düşünmə və nəticəyönümlülük, liderlik və insanlarla işləmə bacarığı, analitik düşüncə və problem həll etmə;
Tələb olunan təhsil və iş təcrübəsi : • Ali təhsil tələb olunur (İdarəetmə, kimya, kimya mühəndisliyi,standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəalityyəti üzrə hər hansı biri) • Müvafiq sahə üzrə təcrübə müddəti: Keyfiyyətə nəzarət sahə üzrə 5 il, Dağ mədən və ya mədən laboratoriyası ilə bağlı 3 il; • Ümumi 5 il iş təcrübəsi;
İş qrafiki: • Növbəli iş rejimi
Əməkhaqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.