Vakansiyaya dair tələblər: • Tikinti sahəsinin, təmir-bərpa işlərinin görüləcək sahəsinin hazırlığına nəzarət etmək və lazımi təlimatlar vermək; • Tikinti və ya təmir üzrə icra edilmiş işlərin hesabatlarının aparılmasını təmin etmək; • Podrat və subpodrat təşkilatların işlərinin plan üzrə koordinasiya edilməsində iştirak etmək; • Podrat və subpodrat təşkilatlar tərəfindən işlərin düzgün, keyfiyyətli və aidiyyatı üzrə qurumlardan təsdiqlənmiş layihələr üzrə icra edilməsinə nəzarət etmək; • Təmir və bərpa üçün ehtiyac yaranmış mal-materialların, avadanlıqların iş həcmlərinin hesablanmasını təmin etmək; • Tikinti zamanı hazırlanan akt və jurnalların aidiyyəti üzrə təmin edilməsini həyata keçirmək; • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək; • Yerli və xarici podratçı, subpodratçı və digər şirkətlər tərəfindən icra olunan tikinti və təmir layihələrin gedişatını izləmək, ətraflı məlumat toplayaraq aidiyyəti üzrə müvafiq hesabatlar təqdim etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır; • MS Office (Outlook, Word, Excel), AutoCAD və Autodesk Civil 3D proqramlarında işləmə bacarığı; • Müvafiq qanunvericilik aktları və normalarını;
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali texniki təhsil (İnşaat mühəndisliyi üzrə arzuolunandır); • Təmir-tikinti sahəsində mühəndis olaraq 3 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.