Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
30.05.2024
Yenilənmə tarixi:
06.06.2024
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Məhsulun hazırlanma prosesində istifadə olunan xammalın keyfiyyət göstərcilərinin formalaşmasında iştirak etmək və müvafiq təkliflər vermək; • Məhsulun hazırlanma prosesində istifadə olunan xammalların keyfiyyət göstəricilərinin təmin olunmasına nəzarət etmək; • Müxtəlif səviyyələrdə istehsal mərhələsinə nəzarət etmək; • Xammal, yarımməhsul, hazır məhsul və laboratoriaya ölçmlələrinə dair tələblər formalaşdırmaq və tələblərə riayət edilməsinə nəzarət etmək; • Keyfiyyət xəritəsini formalaşdırmaq; • Keyfiyyətə nəzarət nöqtələri (KNN) təyin etmək və daimi nəzarət etmək; • Mədən əməliyyatlarında tendensiyaları, nümunələri və təkmilləşdirmə sahələrini müəyyən etmək üçün filizin dərəcəsi, bərpa dərəcələri və mineral tərkibi daxil olmaqla keyfiyyət göstəricilərinə nəzarət etmək, təhlil etmək və təkliflər vermək; • İstehsal mərhələlərini əhatə edən hesabatlılıq formasını yaratmaq və daimi işlək vəziyyətə saxlanılmasını təmin etmək; • İstehsal mərhələsində istifadə olunan xammal və yarımməshulların saxlanma şəraitinə nəzarət etmək; • İstehsalda istifadə olunan avadanlıqların kalibarasiyasını təmin edilməsinə nəzarət etmək və istehsalda istifadə olunan avadanlıqların Faydalı İş əmsalının artırılması üçün təkliflər vermək; • İstehsal prosesinin effektivliyini və səmərəliliyini artırmaq üçün təhlillər aparmaq və təkliflər vermək; • Materialların təhlükəsizliyə dair məlumat vərəqi (MSDS) üzrə tələblərə nəzarət etmək; • Keyfiyyəti idarəetmənin müxtəlif mərhələləində iştirak etmək; • İstehsal prosesinin müxtəlif mərhələində risklərin idarə olunmasında iştirak etmək və təkliflər vermək; • Keyfiyyətə nəzarət sahəsində uyğunsuzluqların idarə olunması prosesində iştirak etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Detalları görmək və qüsurları aşkarlamaq; • Keyfiyyət idarəetmə sistemləri (İSO 9001, İSO 14001, İSO 45001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə işləmə təcrübəsi; • Məhsula baxış və yoxlamalar aparmaq üçün güclü təşkilatçılıq bacarıqları; • Məhsulların keyfiyyət standartlarına cavab verməsini təmin etmək üçün texniki sənədləri, təlimatları və planları oxuma və təhlil etmə bacarığı; • Sənədləşdirmə və təqdimat bacarıqları; • Microsoft Office proqramları üzrə işləmə bacarığı; • Dağ-mədən mühəndisliyi, geologiya, ətraf mühit elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi; • Mürəkkəb məlumatları şərh etmək, kök səbəbləri təhlil etmək və düzəldici/önləyici tədbirlər həyata keçirmək bacarığı ilə əla analitik, problem həll etmə və qərar qəbul etmə bacarıqları; • Məlumatları təhlil etmək, performansa nəzarət etmək və uyğunluğu izləmək üçün mədən proqramlarından, laboratoriya avadanlıqlarından və keyfiyyətə nəzarət alətlərindən istifadə etmək bacarığı; • Keyfiyyətlə bağlı problemləri həll etmək və davamlı təkmilləşdirməyə təkan vermək üçün çarpaz funksional komandalar, tənzimləyici qurumlar və maraqlı tərəflərlə əməkdaşlıq etmək bacarığı ilə effektiv ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar; • İşçilərin cəzalandırılmadan və ya məsuliyyətə cəlb edilmədən keyfiyyətə nəzarət problemləri və ya çatışmazlıqlar barədə sərbəst danışdıqları mədəniyyəti təşviq etmək; • Azərbaycan dili yüksək, İngilis və rus dili orta səviyyə səviyyədə biliklər; • Dağ-mədən mühəndisliyi, geologiya, ətraf mühit elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İdarəetmə, standartlaşdırma, dağ-mədən və ya laboratoriya fəalityyəti üzrə hər hansı biri); • Keyfiyyətə nəzarət sahə üzrə 3 il, Dağ mədən və ya mədən laboratoriyası ilə bağlı 2 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı müsahibə əsnasında təyin olunur. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.