Mədən mühəndisi / Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi / Söyüdlü (ZOD) qızıl yatağı (hasilat)
Vakansiya aktiv deyil
İş yeri:
Kəlbəcər rayonu
İş növü:
Tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
12.04.2026
Yenilənmə tarixi:
06.04.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər:
• Tabeliyində olan əməkdaşların iş bölgüsünün aparılması və işinə nəzarət etmək; • Səlahiyyətləri çərçivəsində mədənin istismar dövrü ərzində dizayn parametrlərinin qorunmasına cavabdehlik; • Buruq-qazma, partlayış və daşıma işləri üzrə podratçılarla əməkdaşlıq və istismar proqramlarının icra edilməsində iştirak etmək; • Səlahiyyətləri çərçivəsində faydalı qazıntı yatağının səmərəli və qənaətli şəkildə dəyərləndirilməsi, şərh edilməsi və mədən işlərinin səmərəli, qənaətli şəkildə aparılmasının təmin edilməsində iştirak etmək; • Səlahiyyətləri çərçivəsində gündəlik məlumatların bazaya daxil edilməsini və müvafiq hesabatların hazırlanmasını təmin etmək; • Səlahiyyətləri çərçivəsində yerüstü istismar işlərində dizayn və keyfiyyətə nəzarət etmək; • İllik büdcə və mədənin işlənmə müddətinə dair istehsal planının hazırlanmasında iştirak etmək və bütün istehsalat tələblərinə əməl edilməsini səlahiyyətləri çərçivəsində təmin etmək; • Səlahiyyətləri çərçivəsində qısa, orta və uzunmüddətli planlaşdırma məqsədlərini bilmək və həmin məqsədlərə çata bilmək üçün strategiyaların işlənib hazırlanmasında iştirak etmək; • Filiz yataqlarında zəngin olan əsas faydalı komponentlərin yer təkində qiymətləndirilməsi və geostatistik müqayisəli təhlilinin aparılması;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Korporativ ünsiyyət, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik. • Müasir Alətlər və Texnologiyalardan İstifadə; AutoCAD, Plaxis, Rocscience və digər geotexniki və CİS proqram təminatları ilə işləməyi bacarmağı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil • Müvafiq sahə üzrə və ya yaxın sahədə 2 il iş təcrübəsi
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.