Mütəxəssis / İnformasiya kommunikasiya texnologiyaları təminatı şöbəsi / Texniki dəstək sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görülməsində iştirak etmək;
Cəmiyyətin korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsində iştirak etmək;
Cəmiyyətdə istifadəçilərin keyfiyyətli və fasiləsiz internet bağlantısının olmasına nəzarət edilməsində iştirak etmək və istifadəçilərdə elektron poçtun keyfiyyətli və fasiləsiz işini təmin edilməsində iştirak etmək;
İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
Cəmiyyətin mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
Cəmiyyət üzrə mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;
İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Elektron sənəd dövriyəsi sistemində şöbəyə aid sənədlərin yerləşdirilməsini və nəzarəti təmin etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
Korporativ ünsiyyət, Əməkdaşlıq,Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuolunandır.
Office proqramlarından yüksək səviyyəli istifadəçi bacarığı tələb olunur.\

Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali təhsil
* İT helpdesk sahəsində 1 il təcrübə
Digər vakansiyalar