Etibarlılıq
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti dövlətə məxsus strateji bir şirkət olaraq, Azərbaycanın dağ-mədən sənayesinin inkişafında əsas rol oynayır. Cəmiyyət uzun illər ərzində öz peşəkarlığı, şəffaf idarəetməsi və məsuliyyətli yanaşması ilə tanınır. “AzerGold” QSC əməkdaşlarına sabit və uzunmüddətli karyera perspektivi təqdim edir.
Təhlükəsiz və sağlam iş mühiti
Cəmiyyət əməyin mühafizəsinə və təhlükəsizlik məsələlərinə xüsusi önəm verir. Əməkdaşlarımızın sağlamlığı və təhlükəsizliyi bizim üçün prioritet məsələdir. Bu səbəbdən, iş şəraiti beynəlxalq standartlara tam uyğun şəkildə təşkil olunur.
Peşəkar inkişaf
Əməkdaşlarımızın peşəkar inkişafı və davamlı təkmilləşməsi Cəmiyyətin əsas prioritetlərindən biridir. Bu məqsədlə mütəmadi olaraq işçilər üçün təlimlər və ixtisasartırma proqramları təşkil olunur. Həmçinin onların bilik və bacarıqlarına uyğun olaraq vəzifədə yüksəliş imkanları təqdim olunur.
Dəyərlərə söykənən fəaliyyət
Cəmiyyət sosial rifahın yüksəldilməsi, yerli icmaların dayanıqlı inkişafı və ətraf mühitin qorunması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Ekoloji balansın qorunması məqsədilə hasilat zamanı beynəlxalq standartlara uyğun müasir texnologiyalar tətbiq olunur. Torpaq, su və hava resurslarının çirklənməsinin qarşısını almağa yönəlmiş qabaqlayıcı mexanizmlər həyata keçirilir.
Hamısına bax
Hamısına bax
Namizədlər elan edilmiş vakansiyalar barədə daha ətraflı məlumat əldə etmək üçün vakansiyanın təsviri formasına daxil olmalı və göstərilən son müraciət tarixinədək elektron qaydada müraciət etməlidirlər.
Müraciətlər daxil olduqdan sonra təqdim edilmiş məlumatların elan olunmuş vakansiyanın tələblərinə uyğunluğu qiymətləndirilir. Vakansiya tələblərinə cavab verən namizədlər növbəti mərhələyə dəvət edilir.
İlkin seçim mərhələsini uğurla keçmiş namizədlər imtahana dəvət olunurlar. İmtahanlar açıq sual, test və peşə sınaq imtahanından ibarətdir. Bu mərhələdən uğur qazanan namizədlər müsahibə mərhələsinə dəvət edilir.
Namizədlərin vakansiya tələblərinə uyğunluğunun qiymətləndirilməsi üçün müsahibə təşkil olunur. Müsahibə zamanı namizədlərin funksional və davranış səriştələri yoxlanılır.
Müvafiq vakansiya üzrə müsahibə mərhələsində ən yüksək bal toplayan namizədə iş təklif edilir. Minimum keçid balını toplamış, lakin ən yüksək bal toplayaraq işə qəbul edilməsi nəzərdə tutulan namizədə nisbətən az bal toplamış namizədlər Kadr Ehtiyat Bazasına (KEB) daxil edilir.
Əməkdaşlarımızın rifahı və motivasiyası üçün müxtəlif güzəştlər və üstünlüklər təqdim edirik.
Geoloji kəşfiyyat şöbəsinin müdir müavini
Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinin metallurqu
Çəndə qələviləşdirmə (CIL) zavodunun metallurqu
Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsinin müdiri